• şənbə, 20 Aprel, 10:51
  • Baku Bakı 14°C

Prokuror Gülər Əhmədovaya 4 il iş istədi

18.11.13 14:13 1141
Prokuror Gülər Əhmədovaya 4 il iş istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova barəsində açılmış cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, bugünkü prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.
Prosesdə Roza Fərzəliyevanın ifadəsi oxunub.
Bundan əlavə, G.Əhmədovanın vəkili iki vəsatət qaldırıb. Birinci vəsatətdə bildirilib ki, Elşad Abdullayev G.Əhmədovaya böhtan atdığı üçün cinayət məsuliyyətinə cəlb edilməlidir.
İkinci vəsatətdə isə Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə və prezidentin fərmanına istinad edilərək, şəxsin icazəsi olmadan onun səsinin yazılması və görüntüsünün çəkilməsinin qadağan edildiyi qeyd edilib və sübut kimi istifadə edilən videoların sübutlar siyahısından çıxarılması istənilib.
G.Əhmədova çıxışında bildirib ki, əgər o, E.Abdullayevdən pul alsaydı, ən azından ona 10 min manat verilən yerdə çəkilmiş görüntü olardı. Sabiq deputat bütün kadrların videomontaj edildiyini iddia edib. “Mən hamını Allaha tapşırıram” – deyə G.Əhmədova sonda bildirib.
Məhkəmədə dövlət ittihamçısı çıxış edərək, sabiq deputatın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
banner

Oxşar Xəbərlər