AZE | RUS | ENG |

Professor və dosentlərin əməkhaqqı artırılıb

Professor və dosentlərin əməkhaqqı artırılıb
Bu il yanvarın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan və elmi adı olan alimlərin əməkhaqqı artımla hesablanacaq.

Bunu Trend-ə akademiyanın vitse-prezidenti İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, artım elmi adları (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə əlavələrin verilməsi ilə baş verəcək.

Hazırda alimlərin (bilavasitə ixtisası üzrə çalışan ) əməkhaqlarına elmi dərəcələrə görə 60-100 manat məbləğində əlavələrin edildiyini deyən İ.Həbibbəyli qeyd edib ki, bu ilədək əməkhaqqına elmi adlara görə əlavələr yalnız ali məktəblərdə çalışan alimlərə şamil edilirdi. "Elm haqqında" qanunun tətbiqi ilə əlaqədar isə bu əlavələr AMEA sistemindəki elmi müəssisələrdə çalışan alimlərə də şamil edilib.

İ.Həbibbəyli əlavə edib ki, elm və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan, elmi adı (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği "Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdiriləcək. Elmi ada görə əlavələr müəyyənləşdirilərkən işçinin elmi ad üzrə çalışdığı iş stajı nəzərə alınacaq.

İ.Həbibbəyli hazırda AMEA-da çalışan dosent və professorların sayının dəqiqləşdirildiyini, əməkhaqqına artımların edilməsi ilə bağlı hesablanma işlərinin aparıldığını da söyləyib.

Qeyd edək ki, qərara görə, dosent elmi adına görə əməkhaqqına iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, 10 ildən 15 ilə qədər olduqda 50 manat, 15 ildən 20 ilə qədər olduqda 75 manat, 20 ildən artıq olduqda 100 manat əlavə ediləcək. Professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, 10 ildən 15 ilə qədər olduqda 60 manat, 15 ildən 20 ilə qədər olduqda 90 manat, 20 ildən artıq olduqda 120 manat əlavə ediləcək. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000