Professor Refik Turan: Qafqaz dünyanın ən gözəl və özünəməxsus bölgələrindən biridir

Professor Refik Turan: Qafqaz dünyanın ən gözəl və özünəməxsus bölgələrindən biridir

Cəmiyyət
18 Aprel 2017, 11:40 229
Qafqaz dünyanın ən gözəl və özünəməxsus bölgələrindən biridir. Qafqazın özəlliklərindən biri də burada çoxsaylı mədəniyyətlərin olmasıdır. Bu bölgə qədim tarixə, zəngin mədəniyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumunda iştirak edən Türk Tarix Qurumunun sədri professor Refik Turan deyib.

Türkiyəli alim Qafqazın, eyni zamanda, maraqların toqquşduğu mürəkkəb bir region olduğunu söyləyib. Vurğulayıb ki, buna baxmayaraq, bu regionda çoxsaylı mədəniyyətlər bir yerdə yaşamağa davam edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, Qafqaz bütün dünya dövlətlərinin diqqətini cəlb edir. Qafqazdakı, xüsusilə də Azərbaycandakı etnik zənginlik burada multikulturalizmin formalaşmasına böyük təsir göstərib. Bu region, həmçinin dünya siyasətində də böyük rol oynayır.