AZE | RUS | ENG |

Professor Qara Mustafayevlə vida mərasimi keçirilib

Professor Qara Mustafayevlə vida mərasimi keçirilib
Məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru Qara Mustafayev vəfat edib.
Universitetdən Trend-ə verilən məlumata görə, alimlə keçirilən vida mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1931-ci ildə anadan olan Qara müəllim 1954-cü ildə Bakı Dövlət Universitetini, 1958-ci ildə AMEA-nın aspiranturasını bitirib. 1959-cu ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən taleyini Bakı Dövlət Universiteti ilə bağlayan alim 50-dən çox kitab, 600-dən çox elmi məqalə, 400-ə qədər dövrü mətbuat məqaləsinin müəllifi olub, 45 tədris proqramı tərtib edib, 5 telefilmə ssenari yazıb.
Rektor A.Məhərrəmov onu da bildirib ki, "Biotik əlaqələr” haqqında təbii qanun kəşf edən professor Qara Mustafayev 18 elmi konsepsiyanın müəllifi olub və Azərbaycanda onurğalılar zoologiyasında ekoloji istiqamət açıb. Professor Qara Müstafayevin Biologiya fakültəsində dekan müavini, fakültə Metodik Şurasının sədri və dekan vəzifələrində işlədiyini bildirən rektor alimin "Şöhrət” ordeninə layiq görüldüyünü və Prezident təqaüdçüsü olduğunu bildirib. Rektorun çıxışından o da məlum olub ki, görkəmli alim eyni zamanda, BDU Elmi Şurasının qərarı ilə universitetin "Fəxri professoru” adına layiq görülüb.
Biologiya fakültəsinin dekanı Akif Quliyev isə qeyd edib ki, professor Qara Müstafayev əhalinin ətraf mühit ilə əlaqəsini sosial mühit ilə vəhdətdə tədqiq edib. 35 il fasiləsiz olaraq televiziya, radio və mətbuat vasitəsilə elmi yenilikləri təbliğ edib, uzun müddət Azərbaycanın dövlət televiziyasında "Təbiəti sevənlər” verilişinin aparıcısı olub.
Sonra Zoologiya kafedrasının müdiri, professor Canbaxış Nəcəfov çıxış edərək alimin onurğalılar zoologiyası, onun ekoloji istiqaməti barədəki xidmətlərindən danışıb, bu sahə üzrə 13 elmlər namizədi, 2 elmlər doktoru yetişdirdiyini bilidirib.
Vida mərasimində mərhumun ailə üzvləri adından çıxış edən oğlu Azər Mutafayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.
Allah rəhmət eləsin!



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9230
GEL 1 1 Gürcüstan larisi 0.6378
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1390
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.7036
KWD 1 1 Küveyt dinarı 5.5847
TRY 1 1 Türkiyə lirəsi 0.3162