• çərşənbə, 24 Aprel, 05:22
  • Baku Bakı 14°C

Professor Mustafa Babanlı “İlin rektoru” seçilib

11.04.16 17:48 3433
Professor Mustafa Babanlı “İlin rektoru” seçilib
“Gənc Mühəndislər Cəmiyyəti” (GMC) İctimai Birliyi “Gənc Mühəndislər” layihəsinin icraya başlamasının 4-cü ili münasibətilə həyata keçirdiyi layihələr barədə hesabat xarakterli tədbir keçirib. Tədbir 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) baş tutub.
GMC İB-nin sədri Elvin Səfərli tədbirin məhz ADNSU-da keçirilməsini təsadüfi olmadığını deyib. Belə ki, layihədə ADNSU daxil olmaqla ölkəmizin müxtəlif ali məktəbləri - Qafqaz, Xəzər universitetləri, BDU, Texniki Universitet, Bakı Ali Neft Məktəbinin tələbələri iştirak ediblər. İştirakçıların böyük bir qismini ADNSU tələbələri təmsil ediblər. Bu faktor nəzərə alınmaqla təltifetmə mərasimi ADNSU-da gerçəkləşib. Tələbələrin layihədə aktiv iştirakına yaradılan şərait və universitetdə həyata keçirilən yeniliklərə bağlı aparılan sosial sorğunun nəticələrinə əsasən rektor, professor Mustafa Babanlı “İlin rektoru” fəxri adına layiq görülüb. Mustafa Babanlı yenilikçi, “inqilabçı” rektor kimi dəyərləndirilib və onun son bir neçə ayda tələbələrin təhsilə, eləcə də müxtəlif layihələrdə iştirakının təminatı ilə bağlı geniş imkanlar yaratması barədə yüksək fikirlər səsləndirilib.
Eyni zamanda, layihədə iştirak edən ADNSU və ayrı-ayrı universitetlərin tələbələri fəal iştirakarlarına görə serifikatla təltif ediliblər.
Bununla yanaşı, informasiya dəstəyinə və məlumatların mətbuatda - sayt və qəzetlərdə mütəmadi və dolğun işıqlandırılmasına görə “ADNSU Xəbər” qəzetinin kollektivi təşəkkürnamə ilə təltif olunub.
banner

Oxşar Xəbərlər