• cümə, 29 Mart, 17:21
  • Baku Bakı 14°C

Professor Mustafa Babanlı Bakı Avropa Liseyinin şagirdləri ilə görüşüb

01.06.16 16:42 1380
Professor Mustafa Babanlı Bakı Avropa Liseyinin şagirdləri ilə görüşüb
İyunun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Baki Avropa Liseyində səfərdə olub. Şagirdlərlə Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf edən bu görüş əlamətdarlığı ilə yadda qalıb. Rektor liseyin müəllim və şagirdləriylə görüşüb, 95 illik ənənələrə, elmi potensiala malik universitetimizin dünəni və bu günkü inkişaf istiqamətləri barədə danışıb. Eləcə də yeni tədris ilindən başlayaraq ADNSU-nun nəzdində fəaliyyət göstərəcək Fransız-Azərbaycan Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib, onun üstünlükləri, əhəmiyyəti barədə söz açıb. M.Babanlı UFAZ-ın uğurlu təqdimatından sonra şagirdlərin çoxsaylı suallarını cavablandırıb. Qeyd edək ki, bu görüşün baş tutmasında ADNSU-nun tələbələri olan lisey məzunları fəal iştirak ediblər.
banner

Oxşar Xəbərlər