• cümə axşamı, 25 aprel, 16:10
  • Baku Bakı 23°C

“Problemlərin mövcudluğu Azərbaycanın gənc dövlət olması ilə bağlıdır” - ATƏT

09.12.13 11:52 1345
“Problemlərin mövcudluğu Azərbaycanın gənc dövlət olması ilə bağlıdır” - ATƏT
“Hazırda “Diffamasiya haqqında” qanunun hazırlanmasında, eyni zamanda "Vətəndaşların sərbəst toplaşması haqqında" qanunun icrası ilə bağlı Azərbaycan hökumət ilə əməkdaşlıq qurulur”.
APA-nın məlumatına görə, bunu ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib. O bildirib ki, ATƏT “Diffamasiya haqqında” qanunun Azərbaycanda qəbul olunmasına ümidlidir: “Məlumat azadlığına gəldikdə isə burada müəyyən problemlər mövcuddur. Problemlərin mövcudluğu isə Azərbaycanın gənc dövlət olması ilə bağlıdır. Əsas məqsədimiz Azərbaycan hüquq sistemini beynəlxalq hüquq standartları səviyyəsinə çatdırmaqdır”.
K. Tarqay qeyd edib ki, əməkdaşlıq nəticəsində Ədliyyə Nazirliyi sistemində cəzaçəkmə müəssisələrində məhbusların saxlanma şəraitində və onların hüquqlarının qorunmasında müəyyən irəliləyişlərə nail olunub: “Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerləri ATƏT standartları səviyyəsinə çatdırılıb”.
ATƏT təmsilçisinin sözlərinə görə, o özü bu sahədə geriyə yox, irəliyə baxmağın tərəfdarıdır: “Lakin Azərbaycanla bağlı durumu qiymətləndirərkən həm geri, həm də irəliyə baxmaq məcburiyyətindəyik. Biz Azərbaycandakı vəziyyəti təhlil edərkən 1991-2013-cü illərdə ölkənin keçdiyi yola nəzər salanda görürük ki, bu illər ərzində Azərbaycan bir çox nailiyyətlər əldə edib. Xətalara gəldiksə isə, bu, hər bir ölkədə müşahidə olunur. Bu yol keçiləndir, xüsusilə də gənc ölkədən söhbət gedirsə. Təəssüf ki, Heydər Əliyev Azərbaycanın son on ilinin inkişafını görə bilmədi”.
banner

Oxşar Xəbərlər