• cümə axşamı, 18 aprel, 08:44
  • Baku Bakı 12°C

Prezidentlərin təkbətək və həmsədrlərin iştirakı ilə görüşü olub - YENİLƏNİB

27.10.14 18:48 974
Prezidentlərin təkbətək və həmsədrlərin iştirakı ilə görüşü olub - YENİLƏNİB
Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü olub.
APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan öz “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, bundan əvvəl prezidentlərin Minsk Qrupunun həmsədrləri İqor Popov, Pyer Andriye və Ceyms Uorlikin iştirakı ilə birgə görüş baş tutub.
***
Saat 18.59
Parisdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü başlayıb. APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, bu görüşdən əvvəl Fransa prezidenti Fransua Ollandın Yelisey sarayında Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşləri olub.
Bu gün Bakı vaxtı ilə saat 22:00-da isə üç ölkənin prezidentlərinin birgə görüşü baş tutacaq.
İki saat davam edəcəyi planlaşdırılan görüşdən sonra rəsmi şam yeməyi olacaq.
banner

Oxşar Xəbərlər