• şənbə, 20 Aprel, 13:17
  • Baku Bakı 23°C

Prezidentlər təkbətək görüşdülər - Yenilənib

16.10.14 11:27 1019
Prezidentlər təkbətək görüşdülər - Yenilənib
11:27
Düşənbədə Azərbaycan və Tacikistan prezidentlərinin görüşü keçirilib
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Tacikistan prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.
APA-nın məlumatına görə, təkbətək görüşdən sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan və Tacikistan prezidentləri görüşdə çıxış ediblər.
-----------
10:18
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 15-də Tacikistan Respublikasına rəsmi səfərə gedib.
APA-nın məlumatına görə, Azərbaycanın və Tacikistanın dövlət bayraqlarının dalğalandığı Düşənbə Beynəlxalq Hava Limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Tacikistanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
banner

Oxşar Xəbərlər