• cümə axşamı, 25 aprel, 20:43
  • Baku Bakı 21°C

Prezidentlər Qaşıqçı işini müzakirə ediblər

22.10.18 10:15 347
Prezidentlər Qaşıqçı işini müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp öldürülən müxalifətçi jurnalist Camal Qaşıqçı işini müzakirə ediblər.
"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Hər iki ölkə başçısı telefon söhbəti zamanı jurnalist ilə bağlı hadisəyə aydınlıq gətirilməsinin zəruri olması fikri ilə razılaşıblar.
Həmçinin qeyd olunur ki, Ərdoğan və Tramp amerikalı keşiş Endryu Bransonun azad olunması məsələsinə də toxunublar.
"Anadolu"nun məlumatına görə, söhbət zamanı Suriyanın İdlib əyaləti ilə bağlı razılaşma və Mənbic üzrə yol xəritəsinin reallaşdırılmasının vacibliyi vurğulanıb.
Bundan əvvəlSəudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlə yetirildiyiməlum olub.
banner

Oxşar Xəbərlər