• cümə, 19 Aprel, 23:52
  • Baku Bakı 24°C

Prezidentlər Koreya yarımadasındakı vəziyyəti müzakirə edəcəklər

24.09.18 11:30 350
Prezidentlər Koreya yarımadasındakı vəziyyəti müzakirə edəcəklər
Koreya Respublikasının Prezidenti Mun Ce-in BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edib.
AZƏRTACYonhap agentliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində Mun Ce-in ABŞ Prezidenti Donald Trampla görüşərək, Koreya yarımadasındakı vəziyyətə dair müzakirələr aparacaq. Koreya Prezidentinin ötən həftə Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri və bu ölkənin lideri Kim Çen In ilə görüşlərinin nəticələri barədə ABŞ dövlət başçısını məlumatlandıracağı gözlənilir.
Mun Ce-in daha əvvəl bəyan etmişdi ki, KXDR lideri Kim Çen In Birləşmiş Ştatların Prezidenti Donald Trampla yaxın zamanlarda ikinci dəfə görüşərək, Koreya yarımadasının nüvə silahsızlaşdırılması məsələsini müzakirə etmək arzusundadır.
banner

Oxşar Xəbərlər