• cümə axşamı, 28 mart, 13:11
  • Baku Bakı 16°C

Prezidentlər İdliblə bağlı görüləcək işləri razılaşdırıblar

03.12.18 10:30 394
Prezidentlər İdliblə bağlı görüləcək işləri razılaşdırıblar
Rusiya və Türkiyə prezidentləriVladimir PutinvəRəcəb Tayyib ƏrdoğanG20 sahələrində keçirilən görüş zamanıSuriyanın İdlib vilayətiüzrə razılaşmanı təsdiq ediblər və hərbsizləşdirilmiş zonanın yaradılmasına dair sazişin hörmətini saxlamaq üçün atılacaq gələcək addımları razılaşdırıblar.
"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziriSergey Lavrovdeyib.
"Qeyd olunub ki, türk həmkarlarımızın fəal, davamlı hərəkətlərinə baxmayaraq, hələ də bütün ekstremistlər iyirmi kilometrlik hərbsizləşdirilmiş zonanı tərk etmək tələbini yerinə yetirməyiblər. Belə hərbsizləşdirilmiş zolaqların yaradılması üzrə razılaşmalara hörmətlə yanaşılması üçün atılacaq gələcək addımlar, həmçinin eyni zamanda ekstremistlərin hamı tərəfindən bəyənilən bu mühüm razılaşmaları pozmaması üçün tədbirlər görmək razılaşdırılıb", - deyə Lavrov bildirib.
Putin və Ərdoğan bundan əvvəl dəSuriyadakı vəziyyətimüzakirə ediblər.
banner

Oxşar Xəbərlər