• cümə, 19 Aprel, 14:32
  • Baku Bakı 25°C

Prezidentlər Atatürkün yaxtasında şam edəcək

23.04.15 11:39 1019
Prezidentlər Atatürkün yaxtasında şam edəcək
İstanbulda Çanaqqala zəfərinin 100 illik yubileyinə həsr olunan tədbirdə bir çox ölkə başçıları iştirak edəcək. Lent.az-ın “milliyyet.com.tr”-yə istinadən məlumatına görə, bu tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, İraq Respublikasının prezidenti Fuad Masum, Yeni Zellandiyanın baş naziri John Key, Avstraliyanın baş naziri Toni Abbott və ABŞ-nın Türkiyədəki səfiri John Bass iştirak edəcəklər.
“Barış Zirvəsi”ndən sonra liderlər Çanaqqalaya gedəcək. Tədbirin ardından - saat 19:00-da Savarona yaxtasında şam yeməyi yeyəcəklər. Yemək zamanı Çanaqqala boğazında gəzəcəklər.
banner

Oxşar Xəbərlər