• şənbə, 20 Aprel, 15:25
  • Baku Bakı 23°C

Prezidentlə razılaşıb, amma direktor əngəlləyib

22.09.17 11:35 1220
Prezidentlə razılaşıb, amma direktor əngəlləyib
Dortmund "Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq yayda PSJ-yə keçməyə çox yaxın olub.
Kaspi.az xəbər verir ki, PSJ-in prezidenti Nasser əl-Xələfi Obameyanqı komandasında görmək istəyirmiş. Ancaq bu keçidin qarşısını Paris klubunun yeni direktoru Anter Enrike alıb. Bu barədə futbolçunun özü məlumat verib:
"PSJ-in prezidenti məni almaq istəyirdi? Bəli, bu, həqiqətdi. İyunun əvvəlində Nasser əl-Xələfi ilə görüşdüm və keçidin detallarını müzakirə etdik.
Ancaq bunun qarşısını Anter Enrike aldı. O, klubda peyda olan kimi mənim keçidimi əngəllədi”.
Enrike PSJ-in idman direktoru postunda Patrik Klyuverti əvəz edib. O, Obameyanqın yerinə Kilian Mbappenin alınmasını məsləhət görüb.
banner

Oxşar Xəbərlər