• şənbə, 20 Aprel, 18:24
  • Baku Bakı 24°C

Prezident UEFA-dan Kollinanı qovmağı tələb edir

13.04.18 14:00 906
Prezident UEFA-dan Kollinanı qovmağı tələb edir
"Yuventus”un prezidenti Andrea Anyelli hesab edir ki, UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina vəzifəsindən getməlidir.
Kaspi.az xəbər verir ki, Anyelli Kollinanın vəzifəsini tutan şəxsin 3 ildən bir dəyişdirilməli olduğunu iddia edib. O, VAR sisteminin tətbiqi barədə də danışıb:
"Bu postda olan şəxs 3 ildən bir dəyişməlidir ki, klublarla olan xüsusi münasibətlər formalaşmasın. VAR sisteminin tətbiqi? UEFA bunun əleyhinə deyil.
Sadəcə, texniki problemlər mövcuddur ki, onları həll etmək lazımdı. Yox, əgər əsas problem hakimlərin səviyyəsinin federasiyalarda yüksəldilməsidirsə, onda əvvəlcə bu məsələni həll edin və tezliklə o biri problemləri də yoluna qoyun”.
banner

Oxşar Xəbərlər