• çərşənbə, 24 Aprel, 00:30
  • Baku Bakı 14°C

Prezidentin şərəf və ləyaqətinin toxunulmazlığı ilə bağlı - Təklif

30.09.13 11:18 1362
Prezidentin şərəf və ləyaqətinin toxunulmazlığı ilə bağlı - Təklif
Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycan prezidentinin seçkilər ərəfəsində müxalifət tərəfindən təhqir olunduğunu bildirib və bundan narahat olduqlarını deyib
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Z. Əsgərov bildirib ki, hazırda ölkə başçısına qarşı təhqiramiz ifadələr işlədilir.
O bu təhqirlərin müəllifi olan müxalifətin hələ də 90-cı illərin təfəkküründə qaldığını bildirib: “Bunlar inkişaf etmirlər, hələ də İsgəndər Həmidov təfəkkürü ilə yaşayırlar. İndi özünü qəhrəman kimi təqdim edən İsgəndər Həmidov vaxtı ilə dövlət televiziyası ilə Azərbaycan xalqını təhqir edirdi. İndi də Azərbaycan prezidentini təhqir edirlər. Unutmayaq ki, Azərbaycan prezidentinin ən azı üç ali statusu var. O, Azərbaycanın Prezidentidir, Azərbaycanın Ali Baş Komandanıdır, Azərbaycanın Ali İcra Başçısıdır. Amma bu statuslar pozulur və müxalifət tərəfindən təhqir olunur. Biz isə prezidentimizi hüquqi mənada qoruya bilmirik”.
Z. Əsgərov Konstitusiyanın 106-cı maddəsini xatırladıb: “Həmin maddədə prezidentin şərəf və ləyaqətinin toxunulmazlığı açıq formada göstərilir. Amma bu gün bu maddə ciddi şəkildə pozulur. Ona görə də mən təklif edirəm ki, bu maddəyə əsasən, ayrıca qanun qəbul edək və bu məsələni ciddi nəzarətə götürək”.
O, payız sessiyasında bu qanun layihəsinin təcili müzakirəyə çıxarılmasını təklif edib.
banner

Oxşar Xəbərlər