AZE | RUS | ENG |


Prezidentin köməkçisi: "Türk serialları dilimizi sıxışdırırdı"

Prezidentin köməkçisi:
"Azərbaycanda Türkiyə seriallarının verilməsi bir neçə il əvvəl dayandırılıb. Türkiyə serialları dilimizi sıxışdırırdı. Bizim dilimiz üçün əsas təhlükə nədir? Bəzi dairələr kampaniyaya başlamışdı ki, Azərbaycanda Türkiyə türkcəsinə qadağa qoyulub. Ancaq bir məqamı nəzərə salmaq lazımdır. Ukrayna dili üçün türk dili təhlükə deyil, rus dili təhlükədir. Türkiyə də Azərbaycana qardaş, müttəfiq dövlətdir. Ancaq qazaxın qazax, özbəkin özbək dili varsa, niyə Azərbaycan dili yaşamasın? Niyə bu dili məhv etməliyik?".
 
APA-nın məlumatına görə, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda yekun nitqlə çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
 
Ə. Həsənov bildirib ki, Türkiyə bu məsələdə Azərbaycanı anlayışla qarşılayıb: "Türkiyə bu məsələdə bizi başa düşdü. Türkiyə telekanalları Azərbaycanda indi də yayımlanır, kim istəyir, baxsın. Hər birimiz Azərbaycan dilini qorumalıyıq".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6695
GBP 1 İngilis funt sterlinqi 2.2668
TRY 1 Türk lirəsi 0.4402
KWD 1 Küveyt dinarı 5.6288
SEK 1 İsveç kronu 0.2003
EUR 1 Avro 1.9994
CHF 1 İsveçrə frankı 1.7164
USD 1 ABŞ dolları 1.7001