• cümə, 29 Mart, 10:31
  • Baku Bakı 5°C

Prezidentin köməkçisi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib

15.08.20 12:23 583
Prezidentin köməkçisi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib
Daxili İşlər Nazirliyi tərəfindən qarşıdan gələn Məhərrəm ayı ilə bağlı açıqlama verilib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, qarşıda gələn Məhərrəm ayında dini ayinlərin keçirilməsi, dindar insanların hislərinə, onların inanclarına çöx böyük hörmətlə yanaşılır:
"Bu ayinlər hər zaman ölkəmizdə keçirilib. Amma indiki epidemioloji vəziyyəti nəzərə almalıyıq. Xüsusən digər əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələrdə dini mərasimlərin keçirilməsi ilə bağlı şərtləri, qaydaları öyrənirik. Bunları nəzərə alaraq qarşıdan gələn dini mərasimlər çərçivəsində kütləviliyə yol verilməməsini vətəndaşlardan xahiş edirik.
Ölkəmizin din xadimləri tərəfindən də bununla bağlı insanlarımıza müraciətlər olub, vətəndaşlarımızın bu müraciətlərə əməl edəcəyini inanırıq."
banner

Oxşar Xəbərlər