• cümə, 19 Aprel, 10:15
  • Baku Bakı 13°C

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Səudiyyə Ərəbistanının SPA agentliyində olub

01.02.17 18:39 1330
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Səudiyyə Ərəbistanının SPA agentliyində olub
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Xəbər Agentliyinin (SPA) baş ofisində agentliyin prezidenti Abdullah bin Fəhd əl-Hüseynlə görüşüb.
AZƏRTACSPA-ya istinadla xəbər verir ki, görüşdə Əli Həsənov Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında müxtəlif sahələrdə əlaqələrin əhəmiyyətindən danışıb və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun İslam dünyasının problemlərinin həlli istiqamətində böyük səylərini yüksək qiymətləndirib.
Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tureyfinin dəvəti ilə həyata keçirilən səfər Əli Həsənovun bu ölkəyə on il ərzində ikinci səfəridir. Azərbaycan Prezidentinin köməkçisi səfər zamanı Səudiyyə Ərəbistanında bütün sahələrdə böyük inkişafın şahidi olduğunu söyləyib. Əli Həsənov qeyd edib ki, bu səfər qardaş Azərbaycan və Səudiyyə Ərəbistanı rəhbərliklərinin ölkələrimiz arasında münasibətlərin, xüsusilə mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, media qurumları, o cümlədənAZƏRTACilə SPA arasında əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilir.
Görüşdən sonra Azərbaycan Prezidentinin köməkçisi SPA-nın iş prosesi ilə tanış olub.



banner

Oxşar Xəbərlər