• cümə, 19 Aprel, 19:28
  • Baku Bakı 24°C

"Prezidentin Fransaya səfəri milli maraqlarımızın təmin olunması baxımından olduqca əhəmiyyətlidir"

21.07.18 18:23 509
"Prezidentin Fransaya səfəri milli maraqlarımızın təmin olunması baxımından olduqca əhəmiyyətlidir"
"Azərbaycan prezidentiİlham Əliyevin Fransaya səfəri və keçirdiyi görüşlər əhəmiyyətlidir. Avropa dövlətləri arasında Cənubi Qafqaza maraq göstərən başlıca dövlətlərdən biri məhz Fransadır. Fransanın prezidentləri dəfələrlə Cənubi Qafqaz ölkələrinə səfər ediblər. Bu ondan xəbər verir ki, Fransanın Cənubi Qafqazda maraqları var".
Bu sözləri Azərbaycan prezidentiİlham Əliyevin Fransaya rəsmi səfərinin nəticələrini APA-ya şərh edən politoloqElxan Şahinoğludeyib.
E. Şahinoğlu FransanınATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladıb: "Doğrudur, Fransa parlamentində erməni lobbisinin xeyrinə qəbul edilən sənədlər var və bu, haqlı Azərbaycan cəmiyyətinin xoşuna gəlmir. Buna baxmayaraq, Azərbaycan erməni lobbisinin güclü olduğu Fransa ilə əməkdaşlığı genişləndirməlidir. Prezidentİlham Əliyevin Parisdə keçidriyi görüşlərdə bundan xəbər verir. Dövlət başçısı "Total” neft şirkətinin rəhbəri ilə görüşdü. "Total” dünyanın nəhəng neft şirkətlərindən biridir və Azərbaycanın enerji yataqlarının işlənməsində iştirak edir, yeni yataqlara maraq göstərir. Bu şirkət Azərbaycana yeni investisiyalar qoymağı düşünür. Bu, hər iki tərəfə xeyirlidir. Fransanın qeyri-neft sektorunda yer alan şirkətlər də Azərbaycana maraq göstərir, ölkəmizdə fabrik və zavodların inşasında iştirak edib, qazanca əldə etmək istəyirlər”.
E. Şahinoğlu xüsusi qeydedib ki, prezidentİlham ƏliyevParisdə Fransanın hərbi-sənaye kompleksinə aid şirkətlərinin ("Naval Group”, CİFAL, "Thales İnternational”) prezidentləri ilə də görüşüb: "Həmin şirkətlər Azərbaycanla hərbi sahədə əməkdaşlıq etmək istəyirlər. Bu şirkətlər sentyabr ayında Bakıda keçiriləcək ADEX sərgisində iştirak edəcəklər. Mümkündür ki, yaxın illərdə həmin şirkətlər Azərbaycana modern hərbi texnika da satsınlar. Şirkətlər bunda maraqlıdırlar. Çünki bu sazişlər həmin şirkətlərə milyardlarla dollar qazanc gətirə bilər. Əlbəttə, bu amil Ermənistan hakimiyyətinin və erməni lobbisinin xoşuna gəlməyəcək və onlar böyük ehtimalla buna qarşı çıxacaqlar. Ancaq Fransa şirkətləri gəlir və münbit bazarlar haqqında düşünürlər. Azərbaycanla əməkdaşlıq isə onlarüçün faydalıdır. Bütün hallarda yaxın müddətdə Azərbaycan Avropanın Cənubi Qafqaz üçün qeyri-rəsmi tətbiq etdiyi embarqonu yaracaq. Bu, Fransa da ola bilər, başqa dövlət də. Məsələn, İtaliya prezidenti də Bakıda hərbi əməkdaşlıqdan danışdı”.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkiliHikmət Babaoğluda prezidentin Fransaya səfərini olduqca mühüm əhəmiyyətli bir səfər hesab edir. Onun fikrincə, bu səfər bir neçə səciyyəvi aspektləriilə Azərbaycan üçün yaddaqalan oldu: "Əgər bunları sıralamağa çalışsaq. yəqin ki, hər şeydən öncə səfərin siyasi tərəfləri önə çıxar və Ermənistan-Azərbaycan,Dağlıq Qarabağprobleminin həlli üçün gələcəkdə yaxşı zəmin yarada bilməsi ilə qiymətləndirilə bilər. Çünki FransaATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və işğalçı Ermənistanla tarixən formalaşmış isti münasibətləri var. Bu isə həm dəonun Ermənistana təsirimkanlarının olması deməkdir. Ona görə də bu ölkə ilə daha dərin strateji münasibətlərdə olmamız Fransanın bizim daha yaxın müttəfiqimiz olması mənasına gəlir. Azərbaycan bu həssas istiqamətdə daimxüsusi siyasi-diplomatik iş aparır. Təsadüfi deyil ki, Azərbaycan prezidentinin Fransaya rəsmi səfəri işğalçı Ermənistanınmətbuatının da diqqət mərkəzində oldu və hətta bəzi mətbu orqanlar Fransanın Ermənistanı satdığı ilə bağlı müəyyən xəbərlər belə yaydılar. İkinci mühüm məsələ iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar aspektindən qiymətləndirilməsidir. Fransa Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir və bu münasibətlərin potensialı olduqca çoxşaxəlidir. Nəzərə almaq lazımdır ki, Fransa öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyinə" daxildir. Fransa dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-nin 5%-ni və dünya ticarətinin 6%ni formalaşdırır. Avropada ümumi iqtisadi göstəricilərinə görə isə Almaniyadan sonra ikinci yerdə durur. Bütün bunlar kifayət qədər cəlbedicidir və Azərbaycan kimi dinamik və inkişaf edən iqtisadiyyata sahib olan bir ölkənin diqqətini cəlb etməyə bilməz. Əgər biz buraya Fransa iqtisadiyyatının yüksək sənaye və ən modern texnologiyalar əsasında formalaşdığı faktorunu da əlavə etsək, o zaman iqtisadiyyatımızın inkişafı üçün bu ölkənin potensialından nə qədər faydalana biləcəyimizi açıq görə bilərik. Elə Azərbaycan da öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir. Çünki ölkəmizdə münbit sərmayə mühiti var, beynəlxalq iqtisadi təşkilatların hesabatlarında iqtisadiyyatımız üçün optimist proqnozlar verilir ki, bu Azərbaycanı Fransa şirkətləri üçün cəlbedici edir”.
H. Babaoğlu əlavə edib ki, Azərbaycan prezidentinin səfərinə Fransanı aparıcı şirkətləri çox böyük maraq göstəriblər: "Prezidentİlham ƏliyevFransada dostcasına qarşılandı və xüsusi diqqətlə əhatə olundu. Səfər zamanı Azərbaycan prezidenti Fransa prezidenti Emamnuel Makron, Fransa Senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji, eləcə də Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirdi. Prezidentinsəfərinə göstərilmiş yüksək diqqət onunsimasında Azərbaycan dövlətinə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Səfər Azərbaycan prezidenti iləfransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi baxımından da əhəmiyyətli oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, səfər zamanı 2,3 milyard dollarlıq anlaşmalar imzalandı və bu anlaşmalar ölkəmizə olduqca böyük iqtisadidividentlər qazandıracaq. Başqa əhəmiyyətli bir məsələ isə ondan ibarətdir ki, Fransa Avropa siyasətini müəyyənləşdirən "böyük beşlik"ölkələrindən biridir. OnunAvropa İttifaqıçərçivəsində söz sahibi olması faktorunu da nəzərə alsaq, bu ölkə ilə münasibətlərin bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunugörə bilərik. AzərbaycanAvropa İttifaqıilə tərəfdaşlığın prioritetləri haqqında sənədi paraflayıb və ittifaq üzvü olan dövlətlərlə yeni keyfiyyətdə münasibətlərə başlayacaq. Eyni zamanda, bu sənəddə önə çıxan ən əsas məsələlərdən biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin üzv ölkələr tərəfindən tanınması məsələsidir. Ona görə də, Azərbaycan prezidenti cənabİlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları və təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli bir səfər kimi qiymətləndirilməlidir”.
banner

Oxşar Xəbərlər