AZE | RUS | ENG |

Prezidentin fərmanına uyğun olaraq Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib

Prezidentin fərmanına uyğun olaraq Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib
Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrasına başlanılıb. Fərmanın icrasına uyğun olaraq, Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib. "Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev məlumat verib. Onun sözlərinə görə, artıq bu gündən bu binalar rəsmi olaraq istismara qəbul olunub: "Uzun müddət idi ki, bu binalarda insanların yaşamasına baxmayaraq, mənzillər istismara qəbul olunmamışdı. Bu gün Azərbaycanda həmin binalardan 6-sı istismara verildi. Bu eyni zamanda sakinlər üçün şad xəbərdir. Hesab edirəm ki, bu bir hədiyyədir. Bu gün, ümumilikdə, 6 bina istismara verilir”. F.Mustafayev bildirib ki, istismara verilən Səbail rayonu, Badamdar qəsəbəsində "İdea İnşaat MTK"ya məxsus çoxmənzilli yaşayış binasında 561 mənzil var: "Həmin mənzillərin 50 faizdən çoxu istifadədədir. Prezidentin fərmanının əsas predmeti odur ki, vətəndaşlar tərəfindən uzunmüddətli istismar olunan binalarda sənədləşmə prosesi tamamlanmalıdır. Çünki bu olmasa, insanlar öz zəhmətləri hesabına aldıqları mülkiyyətin hüquqi sahibi sayılmırlar. Prezident bu humanist addımla vətəndaşlara hədiyyə etdi”. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsində istismara verilən binanın sakinləri üçün səyyar xidmət göstərilib və mənzil sahiblərinə çıxarışlar təqdim olunub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775