• cümə, 29 Mart, 18:11
  • Baku Bakı 14°C

Prezidentin “Facebook” səhifəsində vətəndaşların sualları cavablandırılacaq

06.06.13 11:38 1648
Prezidentin “Facebook” səhifəsində vətəndaşların sualları cavablandırılacaq
Bu gündən etibarən Azərbaycan prezidenti İlham Əliyevin “Facebook” səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılacaq.
Bununla bağlı Azərbaycan prezidentinin rəsmi “Facebook” səhifəsində elan yerləşdirilib.
Elnada qeyd edilir ki, 2013-cü il Azərbaycanda İnformasiya Texnologiyaları ili olduğunu nəzərə alaraq ilk mövzunu bu sahəyə həsr edilib: “Suallarınızı bu statusa şərhlər (comment) vasitəsi ilə bizə ünvanlaya bilərsiniz. Nəzərinizə çatdırırıq ki, suallar 6-10 iyun, 2013-cü il tarixləri ərzində qəbul ediləcək və hamısı tədricən cavablandırılacaq. Eyni məzmunlu sualların təkrarlanmasına yol verməmək məqsədi ilə, sual verməmişdən öncə sizdən öncə verilən sualları nəzərdən keçirin. Bununla bərabər şərhlər vasitəsi ilə sizi maraqlandıran mövzuları və ya sahələri təklif edə bilərsiniz ki, biz növbəti mövzu seçimimizdə sizin istəklərinizi nəzərə alaq”.
banner

Oxşar Xəbərlər