• cümə, 29 Mart, 17:55
  • Baku Bakı 14°C

Prezidentin adından ümummilli liderin vəfatı günü ilə əlaqədar ehsan verilib

12.12.13 14:05 1205
Prezidentin adından ümummilli liderin vəfatı günü ilə əlaqədar ehsan verilib
AzərTAc xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ümummilli lider Heydər Əliyevin vəfatı günü ilə əlaqədar ehsan verilmişdir.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, ölkəmizin bütün şəhər və rayonlarından ictimaiyyətin nümayəndələri mərasimdə iştirak etmişlər.
Ehsan mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başladı.
Dövlətimizin başçısı mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən, müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin inkişafı sahəsində gördüyü misilsiz işlərdən danışdı.
Sonra ehsan süfrəsi açıldı.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış etdi.
banner

Oxşar Xəbərlər