• şənbə, 20 Aprel, 16:10
  • Baku Bakı 23°C

Prezidentdən ipəkçiliyin inkişafı ilə bağlı sərəncam

15.09.16 18:49 1010
Prezidentdən ipəkçiliyin inkişafı ilə bağlı sərəncam
Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqındasərəncam imzalayıb.
Sərəncama əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən ediləcək.

Nazirlər Kabinetinə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər