• cümə, 19 Aprel, 22:00
  • Baku Bakı 24°C

Prezident: "Zavodun yenidən qurulması böyük iqtisadi səmərə verəcək"

10.10.18 14:15 407
Prezident: "Zavodun yenidən qurulması böyük iqtisadi səmərə verəcək"
Bakıda neftayırma zavodunun modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək.
AZƏRTACxəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.
Ölkə başçısı qeyd edib: "Bakıda neftayırma zavodunun yenidən qurulması, modernləşdirilməsi prosesi gedir. Bu da çox önəmli sənaye layihəsidir. Bu, bizə imkan verəcək ki, daha keyfiyyətli neft məhsulları istehsal edək. Yenidənqurma başa çatandan sonra Azərbaycanda istehsal olunacaq benzin "Avro-5” standartına cavab verəcək. Bu da ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək. Eyni zamanda, bu zavodun yenidən qurulması, modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək”.
banner

Oxşar Xəbərlər