• şənbə, 20 Aprel, 02:37
  • Baku Bakı 15°C

Prezident Zaqatalada yol tikintisinə 4,4 milyon manat ayırıb

06.06.17 18:20 1405
Prezident Zaqatalada yol tikintisinə 4,4 milyon manat ayırıb
Azərbaycan prezidentiİlham ƏliyevZaqatala rayonunun yol-nəqliyyat infrastrukturununyaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Zaqatala rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,4 milyon manat, o cümlədən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin yenidən qurulması üçün 1,8 milyon manat, şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisinin başa çatdırılması üçün 2,6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər