• cümə axşamı, 18 aprel, 08:06
  • Baku Bakı 12°C

Prezident yeni məscid kompleksində inşaat işlərinin gedişi ilə tanış olub

26.04.14 12:57 1142
Prezident yeni məscid kompleksində inşaat işlərinin gedişi ilə tanış olub
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonu ərazisində tikilən yeni məscid kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevə məscid kompleksinin layihəsi əsasında görülən işlərlə bağlı məlumat verildi.
Dövlətimizin başçısı ayrı-ayrı inşaat sahələrini gəzdi, tikintinin gedişi ilə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verdi.
banner

Oxşar Xəbərlər