AZE | RUS | ENG |

Prezident yeni islahatlar paketinin icrasına başladığını anons etdi

Prezident yeni islahatlar paketinin icrasına başladığını anons etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə müsahibəsi təkcə onun yerli mediaya dövlət başçısı olaraq verdiyi ilk müsahibə kimi maraq kəsb etmirdi. Təbii ki, müsahibə daha çox prezidentin yerli publika qarşısında verəcəyi bəyanatlar baxımından  önəmli idi.
 
Amma prezident əvvəlcə niyə hər zaman xarici televiziyaların jurnalistlərinə müsahibə vermək kimi ictimai marağın üzərində dayandı və aydın oldu ki, yerli media, yerli televiziya jurnalistləri buna başqa məna verməməli, açıq desək, inciməməlidir.
Çünki Azərbaycanın beynəlxalq aləmdə güclü müdafiə olunmasına ehtiyac var, xarici mətbuatla işləmək ölkənin maraqları baxımından olduqca vacibdir.  
Yerli mətbuatınsa onsuz da, görülən işlərlə, aparılan siyasətlə tanışlıq imkanları var, buna hər daim əli çatır. Prezident bu əlçatanlığı özünün sistemli müxtəlif iclaslar, tədbirlər formatında hesabatverici olması ilə izah etdi.
Beləliklə, yerli jurnalistlərə müsahibə verməmək kimi aktual sualın açıqlığı xoş bir izahla qapanmış oldu.   
  
Prezident fərqli nə deyəcək, cəmiyyətə yeni nə mesajlar ötürəcək?-dediyimiz kimi müsahibədə əsas diqqət yaradan bu cəhət idi. Prezidentin ayrı-ayrı tədbirlərdə hesabat xarakterli çıxışlarını, ayrı-ayrı əcnəbi televiziyalara verdiyi müsahibələri dinləyən vətəndaş yerli tv-də müsahibədən tamamilə yeni mesajlar eşitmək istəyirdi. Bu baş verdimi?
İlham Əliyevin cəmiyyətə verdiyi ən önəmli mesaj yaxın gələcəkdə necə bir Azərbaycan görmək istəməsi ilə bağlı idi. Təbii ki, aztəminatlı təbəqəsi qayğılar yükündən azad olan, tam bir rifah halında yaşayan Azərbaycandan söhbət gedir. Başlanan islahatların əsas hədəfi budur, bunun üçün vətəndaşa xidmət edən dövlət qurumlarında tam şəffaflığa nail olmaq mütləq vacibdir.
Məlumdur ki, 2018-ci il prezident seçkilərində ona növbəti dəfə böyük etimad göstərərkən, əhalinin yeni islahatlar gözləntisi var idi. Prezident cəmiyyətə artıq bu islahatlara  başlanıldığı mesajını ötürdü: "Keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi”.
Prezidentin müsahibəsinə diqqət etdikdə, Azərbaycanın indiyə qədər əldə etdiyi uğurların hakim komanda üçün yetərli olmaması da diqqətdən yayınmamalıdır.
Əvvəlki dövrlərdə aparılmış islahatların nəticəsində Azərbaycan bütün istiqamətlərdə nailiyyətlər qazanıb. Bu gün isə yeni şəraitə və çağırşlara uyğun islahatlar davam etdirilməli, öz daxili resurslarına güvənən Azərbaycanın sosial rifahla təmin olunmuş vətəndaşı olmalıdır.
Gəlin baxaq, bu gün Azərbaycanın inkişafına mane ola biləcək hansısa amil varmı?
İlham Əliyev Azərbaycanı güclü, sabitlyin bərqərar olduğu, dünyanın aparıcı ölkələrinin hesablaşdığı, regiondakı güclərin strateji tərəfdaşı olan bir ölkəyə çevirib.
Ölkə 15-20 il öncə təsəvvür etmədiyimiz beynəlxalq tədbirlərə ev sahibliyi edir;
Azərbaycan ordusu ən güclü ordulardan biridir;
Ölkə vətəndaşının yaşam standartları dəyişib;
Yoxsulluq və işsizliyin aradan qaldırılması istiqamətində nəticələr əldə olunub;
İqtisadi baxımdan tam müstəqillik qazanılıb;
Son bir ay ərzində verilən qərarlar, istər şəhid ailələrinin birdəfəlik müavinətlə bağlı məsələlərinin həlli, onların təqaüdünün artırılması, minimum əməkhaqqının təqribən 40 faizə yaxın artımı və digər sərəncamlar prezidentin verdiyi yeni vədlərin, bəyanatların  icrasına başlanılmasının əyani sübutudur.  
Dövlət başçısı islahatların hədəfində şəffaflığın əsas prinsip kimi götürüləcəyini də bildirdi. "ASAN xidmət" modelini dünyaya təqdim edən Azərbaycan iqtidarı növbəti mərhələdə  bir sıra dövlət xidmətlərində də maksimum şəffaflığa nail olmaq istəyir.  "Hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır. Hədəfimiz xoşagəlməz hallara qarşı siyasətimizi bundan sonra da aparmaqdır. Burada mübarizənin bir neçə istiqaməti var, həm inzibati yollar, həm də institusional. Yəni, sistem xarakterli islahatlar. Əsas məsələ, əsas hədəf güclü, müasir dövlət qurmaqdır ki, vətəndaşlar özlərini rahat hiss etsinlər, dövlət məmurları vətəndaşlara təmənnasız və sədaqətlə xidmət göstərsinlər”.
Müsahibədə diqqət çəkən ən mühüm məqamlardan biri də İlham Əliyevin ictimai rəyin aynası olan medianı, xüsusilə sosial şəbəkələri yaxından izləməsi ilə bağlı oldu. Düzdür, sırf sosial şəbəkələrlə bağlı sual verilmədi və bu məsələyə açıq cavab da olmadı. Amma prezidentin cavabından bunu anlamaq çətin deyildi.
Çünki  Formula-1 yarışları ilə bağlı birmənalı olmayan müzakirələr  əsasən sosial şəbəkələrdə açılır və bu mövqelərin sərt tənqidi yükü olur. Prezidentin  yarışların növbəti 3 ildə Azərbaycanda keçirilməsinin hansı əhəmiyyəti olacağı ilə bağlı fikirlərini, əslində həmin tədbiri xeyirsiz sayanlara verilən bir cavab kimi qiymətləndirmək olar.  
Dövlət başçısı ölkəmizə gələn turistlərin sayının artmasını  Azərbaycanın beynəlxalq tədbirlərə  ev sahibliyi etməsinin xüsusi çəkisi ilə əlaqələndirdi. Çünki bu tədbirlər dünya insanlarını Azərbaycanla tanış etməkdə bir vasitə kimi çıxış edir. 
Dövlət başçısı konkret statistika ilə danışdı: "2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artıb. 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilib və müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artıb...Təkcə Formula 1 yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna, təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı. Yarım milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox”.
Ümumilikdə müsahibədən çıxan nəticə odur ki, İlham Əliyev ölkə daxilində mövcud problemlərin həll üçün konkret və məzmunca yeni islahatlar paketinin icrasına başlayıb. Azərbaycan vətəndaşı tezliklə  bunu özünün həyatında hiss edəcək.
 
Elman Babayev

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311