• cümə axşamı, 25 aprel, 23:07
  • Baku Bakı 21°C

Prezident “Xocalıya ədalət“ kampaniyası ilə bağlı sərəncam imzalayıb

13.02.14 17:28 1352
Prezident “Xocalıya ədalət“ kampaniyası ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, beynəlxalq səviyyədə keçirilən "Xocalıya ədalət" kampaniyasının əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər