• çərşənbə, 24 Aprel, 12:21
  • Baku Bakı 27°C

"Prezident vurğuladı ki, biz yardımı reklam üçün etməmişik"

20.05.20 13:06 461
"Prezident vurğuladı ki, biz yardımı reklam üçün etməmişik"
"Prezidentin dünənki müsahibəsi bir daha göstərdi ki, Azərbaycan bugünkü inkişafı etibarlı əldədir və Prezident ona göstərilən yüksək etimadı öz fəaliyyəti ilə qoruyur". Bu sözləriSİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Prezident İlham Əliyevin AzTv-yə müsahibəsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev vaxtaşırı kütləvi informasiya vasitələrinə müsahibə verməklə öz fəaliyyəti barədə cəmiyyətə geniş hesabat verir və o, Azərbaycan Televiziyasına müsahibəsində bu günün bir çox aktual məsələlərinə toxundu: "Birinci növbədə koronavirusa qarşı Azərbaycanın apardığı siyasət və əhalinin sosial vəziyyətinin qorunması üçün dövlətin atdığı addımlardan danışıldı. Prezident İlham Əliyevin müsahibəsində pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün ciddi tədbirlərin görüldüyü vurğulandı. Azərbaycanda nəinki həmin xəstələrin müalicəsi üçün işlər görülür, hətta, bu gün ölkəmizdə həmin xəstəliyin gözlənilmədən yayılmasının qarşısını almaq üçün ehtiyatda xəstəxanalar, labarotoriyalar və avadanlıqlar da var. Digər tərəfdən vaxtında atılan addımlar xəstəliyin Azərbaycan geniş yayılmasının qarşısını ala bildi. Bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın atdığı addımları nümunəvi addımlar kimi qiymətləndirdi. Bunun üçün Azərbaycan büdcəsindən lazımı qədər vəsait ayrılır".
Millət vəkili ölkədə sosial istiqamətdə görülən işlərdən və sosial layihələrdən, ölkədə aparılan sosial siyasətdən də danışıb: "Prezident ötən il əhalinin əmək haqqı və müavinətlərinin artırılması ilə bağlı atılan addımların az qala əhalinin 50 faizini əhatə etdiyinə dair konkret rəqəmlər sadaladı. Pandemiya bu il iqtisadiyyatımıza bütün dünyada olduğu kimi müəyyən zərbə vurdu. Lakin, qabaqlayıcı addımlar bunun fəlakətli nəticələrinin, əhalinin sosial vəziyyətinə mənfi təsir etməsinin qarısını aldı. Eyni zamanda Azərbaycan yeni inkişaf edən bir ölkə olmasına baxmayaraq pandemiyadan zərər çəkən, Azərbaycanla dostluq əlaqələri olan ölkələrə də yardım əlini uzatdı. Prezident İlham Əliyev bu gün 13-dən çox ölkələyə yardım göstərildiyini bildirdi və vurğuladı ki, biz yardım etmişik lakin bunu reklam üçün etməmişik. Prezidentin dünənki müsahibəsi bir daha göstərdi ki, Azərbaycan bugünkü inkişafı etibarlı əldədir və Prezident ona göstərilən yüksək etimadı öz fəaliyyəti ilə qoruyur".
banner

Oxşar Xəbərlər