• cümə axşamı, 25 aprel, 13:22
  • Baku Bakı 23°C

Prezident və xanımı UNESCO-nun çap etdirdiyi kitabın təqdimatında

18.05.15 07:25 915
Prezident və xanımı UNESCO-nun çap etdirdiyi kitabın təqdimatında
Mayın 18-də Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimindən sonra UNESCO-nun və Böyük Britaniyanın “Tudor Rose” nəşriyyatının birgə əməkdaşlığı ilə Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik münasibətilə çap edilmiş “Fərqliliklə razılaşaq” kitabının təqdimatı oldu.
Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etdilər.
UNESCO-nun baş direktoru İrina Bokova təqdimat mərasimində çıxış etdi.
Sonra baş direktor İrina Bokova Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən sənədi birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim etdi.
Daha sonra beynəlxalq tərəfdaş təşkilatlar Forumun simvolu ilə mükafatlandırıldılar.
Sonda xatirə şəkli çəkdirildi.
banner

Oxşar Xəbərlər