• cümə, 19 Aprel, 13:04
  • Baku Bakı 25°C

Prezident və xanımı Naftalanda otel kompleksinin açılışında

18.10.14 11:31 1156
Prezident və xanımı Naftalanda otel kompleksinin açılışında
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Naftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında iştirak ediblər.
APA-nın “prezident.az” saytına istinadən verdiyi xəbərə görə, dövlət başçısı otel kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, burada tikinti işlərinə 2012-ci ildən başlanıb. Görülən işlər nəticəsində orijinal memarlıq üslubunda gözəl istirahət məkanı yaradılıb. Sahəsi 13 hektardan çox olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Burada balacalardan tutmuş böyüklərə qədər hamının maraq dairəsi nəzərə alınıb, onlar üçün guşələr yaradılıb. Tennis kortu, basketbol meydançası, qolf sahəsi istirahətə gələnlərə unudulmaz anlar bağışlayacaq. Helikopter meydançasının da olduğu kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları, geniş yaşıllıq zolaqları salınıb.
Diqqətə çatdırılıb ki, otelin beşmərtəbəli binasında turistlərə ən yüksək səviyyədə xidmət göstəriləcək. Müxtəlif korpusları özündə birləşdirən kompleksdə yaradılan ideal şərait bir daha Azərbaycanda turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən diqqəti nümayiş etdirir. SPA terapiya üsullarına geniş yer verilən oteldə müxtəlif restoranlar və kafelər burada istirahətə gələnlərin istək və arzularının yerinə yetirilməsinə imkan verir.
Bildirilib ki, 264 yerlik oteldə bütün zəruri avadanlıqla təchiz olunmuş 132 otaq var. Digər mühüm cəhət burada çalışanların böyük əksəriyyətinin yerli işçilər olmasıdır. Onların ixtisaslarının artırılması ilə bağlı müvafiq işlər gedir və bu, gələcəkdə də davam etdiriləcək.
Sonra prezident İlham Əliyev otelin əməkdaşları ilə görüşüb. Dövlət başçısı və xanımı elektromobillə otelin ərazisini gəziblər.
banner

Oxşar Xəbərlər