• cümə, 19 Aprel, 02:18
  • Baku Bakı 18°C

Prezident və xanımı Bakıda keçirilən mühüm beynəlxalq forumda

02.10.14 11:33 1303
Prezident və xanımı Bakıda keçirilən mühüm beynəlxalq forumda
Trend-in məlumatına görə, forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.
Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60-dan çox ölkəsindən 500-ə yaxın qonaq iştirak edir.
Dövlətimizin başçısı Forumun açılışında nitq söylədi.
banner

Oxşar Xəbərlər