• cümə axşamı, 25 aprel, 00:11
  • Baku Bakı 19°C

Prezident təsdiqlədi - Argentina yığmasını o çalışdıracaq

28.04.17 13:20 1222
Prezident təsdiqlədi - Argentina yığmasını o çalışdıracaq
"Sevilya”nın baş məşqçisi Xorxe Sampaolinin Argentina yığması ilə müqavilə bağlayacağı barədə yayılan məlumat təsdiqlənib.
Kaspi.az xəbər verir ki, məlumatı Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapiya təsdiqləyib:
"Biz yığmanın yeni baş məşqçisi kimi Sampaolini seçdik. Ancaq "Sevilya” ilə də yaxşı münasibətlərimizi qorumaq istəyirik. Ona görə də bu məsələ ilə bağlı danışıqlara İspaniya çempionatı başa çatandan dərhal sonra başlayacağıq”.
Sampaolinin "Sevilya” ilə müqaviləsi gələn ilin yayında başa çatır. Müqavilə şərtlərinə görə, Sampaoli 1,5 milyon avro kompensasiya müqabilində müqaviləyə xitam verə bilər.
banner

Oxşar Xəbərlər