• cümə axşamı, 25 aprel, 05:11
  • Baku Bakı 19°C

Prezident Tərtərdə məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksi ilə tanış olub - Fotolar

28.11.17 12:56 2765
Prezident Tərtərdə məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksi ilə tanış olub - Fotolar
Azərbaycan prezidentiİlham ƏliyevTərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
APA-nın məlumatına görə, prezidentİlham ƏliyevAğdamrayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində olub, yaradılan şəraitlə maraqlanıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriƏli Həsənovbildirib ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmışKəlbəcər,Ağdam,Laçın,CəbrayılvəŞuşarayonlarından olan məcburi köçkünlər köçürüləcək.
Yaşayış kompleksindəki məktəblə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, bu təhsil ocağı 1200 şagird yerlikdir. Bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir.
Prezidentİlham Əliyevməktəbin yeməkxanasında, o cümlədən kitabxanada yaradılan şəraitlə tanış olduqdan sonra Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb.














banner

Oxşar Xəbərlər