Prezident: Suriya ilə müharibə istəmirik

Prezident: Suriya ilə müharibə istəmirik

Təfsilat
20 Sentyabr 2013, 12:05 823
Türkiyə Suriya ilə müharibə etmək istəmir. Trend-in "TRT" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül bildirib.

Gülün sözlərinə görə, Türkiyənin əsas hədəfi öz sərhədlərini istənilən təcavüz hallarından qorumaqdır.
Prezident, o cümlədən əlavə edib ki, Suriya böhranının həll olunmaması ölkəyə radikal ekstrimist qruplaşmaların daxil olmasına səbəb olub.

Gül bildirib: "Ankara terror təhlükəsini gözəl anlayır və biz Suriyada istənilən terror fəaliyyətinə qarşı çıxırıq".