• cümə axşamı, 28 mart, 14:55
  • Baku Bakı 16°C

Prezident SOCAR-ın bazasında qazma qurğusunun açılışında iştirak edib

18.05.17 12:37 1351
Prezident SOCAR-ın bazasında qazma qurğusunun açılışında iştirak edib
Qaradağ rayonunda, SOCAR-ın "Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidentiİlham Əliyevmərasimdə iştirak edib.

Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev və "Caspian Drilling” Şirkətinin baş direktoru Fərid Axundov dövlət başçısına qurumun 1996-2016-cı illər ərzində fəaliyyəti, əməliyyatlar üzrə səmərəli vaxt cədvəlinin dünyanın digər qazma şirkətləri ilə müqayisəsi, həmçinin Heydər Əliyev adına yarımdalma qazma qurğusu barədə məlumat veriblər.

Prezidentİlham ƏliyevSOCAR-ın və "Caspian Drilling” şirkətinin rəhbərliyi, layihədə çalışanlar, həmçinin ölkədə pay bölgüsü sazişlərində iştirak edən xarici şirkətlərin nümayəndələri ilə görüşüb.

Dövlət başçısı Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışını bildirən düyməni basıb.

Prezidentİlham Əliyevtədbirin iştirakçıları ilə söhbət edib. Sonra dövlət başçısı qurğu ilə yaxından tanış olub.

Prezidentİlham Əliyevə burada quraşdırılacaq sualtı əməliyyat aparatı barədə məlumat verilib. Bu aparat sualtı görüntüləri əldə edəcək və baş verə biləcək qəza zamanı zəruri funksiyaları yerinə yetirəcək.

Dövlət başçısı yarımdalma qazma qurğusunun yaşayış blokunda da olub.

Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 5600, su tutumu isə 47500 tondur. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər.
banner

Oxşar Xəbərlər