AZE | RUS | ENG |

Prezident Şəkidə “ASAN Həyat” kompleksinin tikintisinə 19,8 milyon manat ayırıb

Prezident Şəkidə “ASAN Həyat” kompleksinin tikintisinə 19,8 milyon manat ayırıb
Prezident İlham Əliyev Şəki "ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.
Ölkədə vahid standartlar çərçivəsində idarə olunan və vətəndaşlara keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə dövlət xidmətləri göstərilməsini təmin edən 17 mərkəz – "ASAN xidmət”, "ASAN Kommunal” və "ABAD” mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinə dövlət qurumu və digər təşkilatların üç minədək əməkdaşı, habelə 13 mindən çox könüllü gənc cəlb edilmişdir.
"ASAN Həyat” kompleksləri və "ABAD” mərkəzləri vasitəsilə, həmçinin məşğulluğun inkişafı istiqamətində tədbirlər həyata keçirilmiş, 19 milyondan çox vətəndaş müraciəti üzrə əldə edilən məmnunluq əmsalı daima yüksək səviyyədə olmuşdur.
Sərəncamda qeyd edilir ki, Şəki "ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.1-ci yarımbəndində göstərilmiş məbləğin 19,8 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9349
GEL 1 1 Gürcüstan larisi 0.6381
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1519
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1879
CHF 1 1 İsveçrə frankı 1.7131
KWD 1 1 Küveyt dinarı 5.5916
TRY 1 1 Türkiyə lirəsi 0.3187