• cümə, 29 Mart, 09:19
  • Baku Bakı 5°C

Prezident: “Şəhidlərimizin valideynlərinə təşəkkürümü bildirirəm ki, belə igidlər yetişdiriblər”

17.11.20 14:16 415
Prezident: “Şəhidlərimizin valideynlərinə təşəkkürümü bildirirəm ki, belə igidlər yetişdiriblər”
"Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev işğaldan azad edilmiş Füzuli şəhərində çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq: "Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar”.

banner

Oxşar Xəbərlər