• şənbə, 20 Aprel, 15:11
  • Baku Bakı 23°C

Prezident seçkilərinin ikinci turunun tarixi elan olunub

15.11.18 10:45 384
Prezident seçkilərinin ikinci turunun tarixi elan olunub
Gürcüstanda Prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək. Trend-in məlumatına görə, bu barədə qərar Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul olunub.
İclasda Prezident seçkilərinin birinci turunun nəticələrinə yekun vurulub. MSK sədri Tamar Jvania yekun protokolu imzalayıb.
Qeyd edək ki, qonşu ölkədə Prezident seçkilərinin birinci turu oktyabrın 28-də baş tutub. Seçkilərin ikinci turunda mübarizə Gürcüstanın hakim partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və "Vahid Milli Hərəkat” Partiyasının namizədi Qriqol Vaşadze arasında aparılacaq.
Seçkilər günü Gürcüstanda qeyri-iş günü elan olunub. Ölkə daxilində seçki dairələri saat 20:00-a qədər, ölkə xaricində isə - yerli vaxtla gecə yarıya qədər açıq olması gözlənilir.
banner

Oxşar Xəbərlər