• şənbə, 20 Aprel, 13:47
  • Baku Bakı 23°C

Prezident seçkilərini izləmək üçün MSK-da 115 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

17.03.18 20:45 577
Prezident seçkilərini izləmək üçün MSK-da 115 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün indiyədək 115 beynəlxalq müşahidəçiMərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib.

APA-nın xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, akkreditasiyadan keçən müşahidəçilər 36 ölkəni təmsil edir.

M.Pənahov qeyd edib ki, MSK-da akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 615-dir: "Ölkə üzrə akkreditasiyadan keçən müşahidəçilərin sayı isə 42 mindən artıqdır".
banner

Oxşar Xəbərlər