Prezident seçkilərini izləmək üçün 47 ölkənin vətəndaşları müraciət edib
Azərbaycanda
prezident seçkilərini 300-dən çox beynəlxalq müşahidəçi izləyəcək.
Kaspi.az
xəbər verir ki, bunu Mərkəzi
Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında
bildirib.
O qeyd edib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar
312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
M.Pənahov bildirib ki, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun 280 qısamüddətli müşahidəçisi, eləcə də MDB-nin qısamüddətli müşahidəçiləri
bu siyahıya daxil deyil:
"Ümumilikdə, prezident seçkilərini müşahidə etmək
üçün 47 ölkənin vətəndaşları müraciət edib".