• cümə, 29 Mart, 17:39
  • Baku Bakı 14°C

Prezident seçkilərində namizədlərin İTV-dı çıxış sırası belə olacaq - Siyahı

19.03.18 17:03 873
Prezident seçkilərində namizədlərin İTV-dı çıxış sırası belə olacaq - Siyahı
Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilib.

APA-nın məlumatına görə, MSK sədrinin müavini bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq həftədə 3 saat İctimai Televiziya, 3 saat İctimai Televiziyada ödənişsiz efir vaxtı ayrılacaq.

N. Məmmədov İctimai Televiziya və İctimai Radioda hər dəfə 1 saat olmaqla, həftə ərzində üç Dəyirmi Masa təşkil ediləcək. Ötən seçkilərdən fərqli olaraq namizədlərin istəyi nəzərə alınaraq, İctimai Televiziyada efir vaxtı saat 19.00-dan saat 22.00-a dəyişdirilib. İctimai Radioda isə Dəyirmi masalar saat 19.00-da təşkil ediləcək.

Püşkatmanın nətixəsinə əsasən İctimai Televiziya və Radioda namizədlər aşağıdakı ardıcılllıqla çıxış edəcəklər:


1 - öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüşZahid Oruc,

2- Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə

3- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev

4- Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüşİlham Əliyev

5- "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev

6- Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğlu

7 - Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev

8- MüasirMüsavat Partiyasıtərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev
banner

Oxşar Xəbərlər