• çərşənbə axşamı, 16 aprel, 20:50
  • Baku Bakı 18°C

Prezident seçkilərində ilk dəfə qadının namizədliyi irəli sürülüb

25.04.19 12:15 365
Prezident seçkilərində ilk dəfə qadının namizədliyi irəli sürülüb
Qazaxıstanın "Ak Jol" Demokratik Partiyasının XV növbədənkənar qurultayı keçirilib.
AZƏRTACxəbər verir ki, qurultayda partiyanın prezident seçkilərində iştirakı və namizədliyin irəli sürülməsi məsələləri müzakirə olunub.
Qurultayda növbədənkənar prezident seçkilərində Daniya Yespayevanın namizədliyi irəli sürülüb. O, Parlament Məclisinin VI çağırış deputatıdır. Beləliklə, Daniya Yespayeva Qazaxıstanda prezident seçkilərində namizədliyi irəli sürülən ilk qadın olub.
Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu il iyunun 9-da keçiriləcək.
banner

Oxşar Xəbərlər