• cümə, 19 Aprel, 16:39
  • Baku Bakı 25°C

Prezident seçkilərində 4 təşkilat “exit-poll” keçirmək istəyir

24.03.18 12:50 467
Prezident seçkilərində 4 təşkilat “exit-poll” keçirmək istəyir
4 təşkilat Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar "exit-poll” keçirmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
Kaspi.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
"Azərbaycan Respublikasında seçkilərdə "exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən "exit-poll" keçirmək istəyən təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək akkreditasiya üçün sənədlərini MSK-ya təqdim etməlidirlər.
MSK səsvermə gününə ən azı 10 gün qalanadək "exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.
banner

Oxşar Xəbərlər