• cümə axşamı, 28 mart, 20:37
  • Baku Bakı 13°C

Prezident seçkiləri ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb

16.09.13 18:13 1469
Prezident seçkiləri ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb
Dünən daxili işlər naziri, general-polkovnik Ramil Usubov respublikada keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin olunmuş xüsusi əlaqələndirici, bu qurumun Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazəni və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Marianini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R.Usubov ATƏT-lə rəhbərlik etdiyi orqan arasında əlaqələrə böyük önəm verdiyini, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması məqsədilə həmin qurumun Bakı Ofisi ilə sıx əməkdaşlıq əlaqələri yarandığını məmnunluqla xatırladıb. Nazir bildirilib ki, məhz belə faydalı və səmərəli işbirliyinin nəticəsi olaraq polis fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox əhəmiyyətli tədbirlər və layihələr, o cümlədən "Cəmiyyət dəstəkli polis" layihəsi həyata keçirilib. Son illər ATƏT-in təşkilatçılığı ilə keçirilən müxtəlif tədbirlərdə Nazirliyin 2 mindən çox əməkdaşı iştirak edib.
Ölkədə keçiriləcək prezident seçkilərindən danışan R.Usubov bu ümumdövlət əhəmiyyətli tədbirə hazırlıq dövründə və seçki zamanı ictimai asayişin qorunması, baş verə biləcək qanun pozuntularının qarşısının alınması, polisin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədi ilə nazirlik tərəfindən xüsusi Tədbirlər Planı hazırlandığını və həmin sənədin artıq icraya yönəldiyini diqqətə çatdırıb. Nazir əmin edib ki, daxili işlər orqanlarının əməkdaşları oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı üzərilərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə tam hazırdır.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər