• cümə axşamı, 25 aprel, 05:33
  • Baku Bakı 19°C

Prezident seçkiləri ilə əlaqədar İşçi Qrup yaradılıb

15.02.18 13:50 600
Prezident seçkiləri ilə əlaqədar İşçi Qrup yaradılıb
"Hər seçkidə olduğu kimi, qarşıdakı prezident seçkiləri ilə əlaqədar daBaş Prokurorluqda İşçi Qrup yaradılıb. Baş prokuror bu barədə sərəncam imzalayıb".
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə "Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rol və vəzifələri” mövzusunda çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.
R. Usubov deyib ki, İşçi Qrup seçki ilə bağlı şikayətlərə baxacaq: "Qrupa mən rəhbər təyin edilmişəm. İnşallah, seçki prosesi qanun pozuntularına yol verilmədən keçiriləcək".
banner

Oxşar Xəbərlər