• cümə, 19 Aprel, 04:04
  • Baku Bakı 18°C

Prezident seçkiləri ilə əlaqədar 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək

01.04.18 14:59 746
Prezident seçkiləri ilə əlaqədar 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 125 seçki dairəsi üzrə 5 min 426 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Beləliklə, ümumilikdə prezident seçkilərində seçicilər 5 min 641 seçki məntəqəsində səs verəcək.
banner

Oxşar Xəbərlər