• cümə, 19 Aprel, 17:12
  • Baku Bakı 25°C

Prezident seçkiləri ilə bağlı hesabat təqdim olunacaq

06.06.18 11:40 688
Prezident seçkiləri ilə bağlı hesabat təqdim olunacaq
AŞPA-nın iyunun 25-29-da keçiriləcək yay sessiyasında Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərini izləmiş müşahidə missiyasının rəhbəri Riçard Badea seçkilərə dair hesabatını təqdim edəcək.
APA-nın məlumatına görə, onun çıxışı sessiyanın ilk günü nəzərdə tutulub.
Həmçinin yay sessiyası zamanıAŞPAyeni prezident seçəcək. Sessiyada Xorvatiya, Slovakiya baş nazirlərinin və Lüksemburqun xarici işlər nazirinin çıxışı da gözlənilir.
Gündəliyə üzv ölkələrdə QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasına dair müzakirələr və insan haqları müdafiəçilərinin müdafiəsi daxil edilib.
SessiyadaSuriyailə qonşu ölkələrdə qaçqınlara dair humanitar vəziyyət də müzakirə ediləcək.
banner

Oxşar Xəbərlər