• çərşənbə, 24 Aprel, 22:49
  • Baku Bakı 23°C

Prezident seçkiləri ilə bağlı gənclərin və idmançıların respublika toplantısı keçirilib

12.02.18 13:30 989
Prezident seçkiləri ilə bağlı gənclərin və idmançıların respublika toplantısı keçirilib
Bu gün Azərbaycan Respublikası Prezidentinin seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib.
APA-nın məlumatına görə, toplantı Azərbaycan dövlət himninin səslənməsi və Azərbaycan prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi illə başlayıb.
Tədbirin moderatoru Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov gənclərin prezidentliyə namizədinin həmişəki kimi Azərbaycan prezidentiİlham Əliyevolduğunu bildirib.
Rio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Yunan-Roma güləşi üzrə Avropa çempionu, Birinci Avropa Oyunlarının qalibi Rəsul Cunayev idman sahəsində qazandığı uğurların əsasında prezident İlham Əliyevin gənclərə gənclərə, idmana diqqət və qayğısının durduğunu vurğulayıb: "Bu uğurların davamlı olması üçün hamımız prezident seçkilərindəİlham Əliyevə səs verək".
"Qarabağ" klubunun futbolçusu Mahir Mədətov hər bir gənc kimi ən böyük arzunun Dağlıq Qarabağı işğaldan azad edilmiş görmək olduğunu söyləyib: "Bu arzumuza çatmaq üçün hər birinizi prezidentİlham Əliyevə səs verməyə çağırıram".
Daha sonra Azərbaycanın hər iqtisadi regiondan bir gəncə çıxış edib, regionların inkişafı, gənclərə qayğıdan, Azərbaycanda gənclərlə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarından söz açıb, region gənclərinin prezident seçkilərinəİlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.
banner

Oxşar Xəbərlər